Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda magistral kəmərlərlə neftin nəqli 5% azalıb

Yanvar-fevral aylarında Azərbaycanda magistral kəmərlərlə neftin nəqli 5% azalıb
# 29 mart 2009 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda magistral neft kəmərləri vasitəsi ilə 7,4 mln. ton neft nəql edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə neftin nəqli 5,1% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 73,4%-i Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə Bakıdan 5,4 mln. ton və ya 7,5% az neft ötürülüb. Cari ilin yanvar-fevral aylarında BTC kəməri ilə 301,3 min ton Qazaxıstan nefti ötürülüb.
Hesabat dövründə ölkənin magistral qaz kəmərləri ilə 2,2 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,2% çox qaz nəql edilib. Nəql edilmiş qazın 33,4%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 1 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR