Bank Of Baku

Azərbaycan iyunda Rusiyadan yeni tanker alacaq

Azərbaycan iyunda Rusiyadan yeni tanker alacaq
# 29 mart 2009 09:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan iyun ayının əvvəlində Rusiyada inşa olunan daha bir tankeri donanmaya qəbul edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəniz Administrasiyasından məlumat verilib.
«Prezident Heydər Əliyev» layihəli bu tanker Rusiyanın Nijni Novqorod şəhərindəki «Krasnoye Sormovo» gəmiqayırma zavodunda Xəzər Dəniz Gəmiçiliyinin (XDG) sifarişi ilə tikilir. Mayın sonunda gəmi suya salınacaq və iyun ayında Bakıda gəminin təqdimatı keçiriləcək.
«Çay-dəniz» tipli bu tankerlərin uzunluğu 149,9 metr, eni 17,3 metr, bortun hündürlüyü 10,5 metr, dedveyti 13 470 ton, sürəti saatda 10 uzldır.
Qeyd edək ki, Rusiyanın «Krasnoye Sormovo» gəmiqayırma zavodu indiyədək XDG üçün 19619 layihəli 7 tanker tikib. Bunun 5-i 2002-2006-cı illərdə, daha 2-si isə 2008-ci ildə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR