Bank Of Baku

Azərbaycan paytaxtında dairəvi enerji sisteminin yaradılması payızda başa çatacaq

Azərbaycan paytaxtında dairəvi enerji sisteminin yaradılması payızda başa çatacaq
# 29 mart 2009 13:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin 110 kV-luq dairəvi enerji sisteminin yaradılması 2009-cu ilin III rübünün sonunda başa çatdırıla bilər. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Hazırda sistemin tərkib hissəsi olan 110/35/10 kV-luq «İçərişəhər», «Liman» və «227 saylı» yarımstansiyaların tikintisi, paralel olaraq bu yarımstansiyaları «Bayıl» yarımstansiyası ilə bağlayan iki dövrəli yeni kabel xətti çəkilir. Yarımstansiyalarda Almaniyanın «Siemens» şirkətinin istehsalı olan avadanlıqlar qurulur.
Paytaxtın dəniz kənarı hissəsini də əhatə edəcək bu sistem qurulandan sonra Bakının rayonları və şəhər ətrafı yaşayış məntəqələri fasiləsiz enerji ilə təchiz olunacaq. Sistemin tətbiqi nəticəsində 400 MVA əlavə güc əldə olunacaq, mövcud texniki itkilər isə 30-40% azalacaq.
Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 minə yaxın abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR