Bank Of Baku

«Barclays Capital»: Yaxın vaxtlarda neft 60 dolaradək bahalaşacaq

«Barclays Capital»: Yaxın vaxtlarda neft 60 dolaradək bahalaşacaq
# 29 mart 2009 13:56 (UTC +04:00)
«APA-Economics»in məlumata əsasən, yaranmış vəziyyəti şərh edən «Barclays Capital» investisiya şirkətinin analitikləri neftin yaxın zamanlarda 60 dollaradək bahalaşacağını proqnozlaşdırır.
Həmin proqnozları OPEC ölkələri tərəfindən neft hasilatı üzrə əldə edilmiş razılaşmaların icrası barədə məlumatların bazara müsbət təsiri, səhm bazarında yaranmış kotirovkaların yüksəlmə tendensiyaları, ucuzlaşan dollar və ABŞ-da neft və neft məhsulları ehtiyatlarının bir qədər azalması barədə məlumatlar və amillər əsaslandırır.
«Barclays Capital»ın analitikləri hesab edirlər ki, fond bazarlarında yaranmış vəziyyət investorlar arasında nikbinliyin yarandığını əks etdirir. Bundan başqa, həftə ərzində ABŞ-da yanacağa tələbatın 2,2%, yanacağın son istehlakın isə 0,7% artması, OPEC-in neft hasilatının azalmasının davam edəcəyi barədə məlumatlar və bu kimi amillər neftin qiymətinin yaxın perspektivdə artacağı barədə gözləmələri gücləndirir. Digər tərəfdən aprelin 2-3-də Londonda keçirilməsi nəzərdə tutulan G-20-nin sammitində nəticələrə də böyük ümid bağlanılır. Belə ki, əgər toplantı nəticəsində G-20-nin liderləri arasında böhrana qarşı hər hansı vahid mövqe, tədbirlər planı və birgə mübarizə strategiyası təklif olunmazsa, investorların nikbinliyi sıfıra enəcək ki, bu da dərhal həm səhm, həm də neft bazarında enmə tendensiyalarının yaranmasına səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR