Bank Of Baku

Azərbaycanın «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində hasilat 2014-cü ildə başlayacaq

Azərbaycanın «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində hasilat 2014-cü ildə başlayacaq
# 30 mart 2009 10:36 (UTC +04:00)
Bakı - APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində qaz hasilatına 2014-cü ildə başlanması planlaşdırılır. «APA-Economics»in BNE portalına istinadən verdiyi məlumata görə, əvvəllər hasilata 2011-2012-ci illərdə başlanması planlaşdırılırdı.
Yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda yataqdan gündə 15 mln. kubmetr qaz hasil olunur. İkinci faza çərçivəsində hasil olunacaq qaz Avropaya qaz nəqlini nəzərdə tutan «Nabucco» kəməri üçün əsas mənbə kimi qiymətləndirilir.
Qeyd edək ki, hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR