Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Londonda neft-qaz sənayesi üçün təhsil və treninqlərin təşkili mövzusunda keçirilən tədbirdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Londonda neft-qaz sənayesi üçün təhsil və treninqlərin təşkili mövzusunda keçirilən tədbirdə iştirak edib
# 30 mart 2009 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda (Böyük Britaniya) «Getenergy» təşkilatının neft-qaz sənayesi üçün təhsil və treninqlərin təşkili mövzusunda keçirdiyi tədbirdə iştirak edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Tədbirdə neft-qaz şirkətləri üçün kadr hazırlığı sahəsində qazanılmış nailiyyətlər, mövcud problemlər, bu sahədə müxtəlif ölkələrdə vəziyyət müzakirə olunub. Tədbir çərçivəsində keçirilən sərgidə qurulmuş ARDNŞ-in və Azərbaycan Dövlət Neft Akademiyasının birgə pavilyonunda hər iki qurumun kadr hazırlığı sahəsində fəaliyyətini əks etdirən posterlər nümayiş etdirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri BP, «Şlümberje», «Halibörton» kimi şirkətlərin, Heriot Vot, Mançester, Liverpul, Texas A&M, Texas-Peteks, Kolorado Dağ-Mədən Universitetlərin, «PetroSkills», NEXT, IHRDC, habelə neft-qaz sahəsində fəaliyyət göstərən digər treninq təşkilatlarının nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə ARDNŞ-in kadr hazırlığı sahəsində həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığın qurulması üçün imkanlar araşdırılıb. Tədbir çərçivəsində Azərbaycanda neft və qaz sahəsində treninq və təhsil mövzusunda sessiya təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR