Azərbaycan və Rusiya qaz satışına dair danışıqlara rəsmən start verib
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata əsasən, hər iki qurumun başçıları Rövnəq Abdullayev və Aleksandr Miller arasında ötən həftə Moskvada keçirilən görüş adıçəkilən sənədin imzalanması ilə nəticələnib. Memorandumun imzalanması Rusiya kütləvi informasiya vasitələrində tərəflərin Azərbaycanda hasil olunan qazın RF-yə satılması üzrə razılığa gəlməsi kimi qələmə verilsə də, bu sahədə şirkətlərarası rəsmi danışıqlar yalnız indi başlanır. İlk növbədə «Qazprom» və ARDNŞ «mavi yanacağın» mübadiləsi və satışın səmərəliliyini araşdırmaq fikrindədir. Bundan başqa, tərəflər Bakı - Novo-Fili qaz boru sisteminin texniki cəhətdən yoxlanılması və təkmilləşdirilməsini planlaşdırırlar. Ehtimal olunur ki, bu xətt vasitəsi ilə Azərbaycan qazı Rusiyayə nəql oluna bilər. İmzalanan Memorandum ARDNŞ və «Qazprom»un mütəxəssisləri üçün müştərək tədris proqramları, xüsusi təlim və iş təcrübəsinin artırılması üçün mübadilələrin təşkilini də nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, Rusiyaya satıla biləcək təbii qazın əsas həcmi Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağından deyil, ARDNŞ-in neft-qazçıxarma idarələri tərəfindən və «Azəri-Çıraq-Günəşli (dərinsulu)» yataqlar blokunda hasil olan səmt qazı hesabına təmin olunacaq. Bunu Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev də jurnalistlərə verdiyi açıqlamasında təsdiqləyib. ARDNŞ başçısı bəyan edib ki, Moskvada keçirilən danışıqlarda «Qazprom» İrana qaz vermək marağında olduğunu açıqlayıb, Azərbaycan tərəfi isə «Qazprom»un infrastrukturundan tranzit xətləri kimi istifadə etmək maraqları haqqında məlumat verib. R.Abdullayevin sözlərinə görə, şirkətlərarası memorandum «razılıq deyil, müəyyən maraqlar dairəsidir». «Azərbaycan tərəfinin əsas maraqlarından biri öz qazını yüksək qiymətə satmaqdır və Moskvada keçən görüşlər hər bir marşrut üzrə qaz şirkətləri və dövlətlərlə aparılan danışıqların müəyyən hissəsidir», - deyə ARDNŞ başçısı vurğulayıb. Dövlət Neft Şirkətinin rəhbəri xüsusi ilə qeyd edib ki, «Şahdəniz» qazının ikinci mərhələsi zamanı hasil olunacaq qazın satışı ayrı danışıqların mövzusudur.
Ehtimallara görə, 2010-2011-ci illərdə ARDNŞ üzrə illik qaz hasilatı ən azı 1,5 mlrd. kubmetrin satışa çıxarılmasına imkan verəcək. Qaz ixracında ARDNŞ-in potensialını artıran yataqlar sırasına «Bahar», «Günəşli» (dayaz hissəsi) və «Ümid» daxildir.
Xatırladaq ki, Xəzərdə ən iri qaz-kondensat yatağı sayılan «Şahdəniz» sahəsində kommersiya qazının genişmiqyaslı hasilatı 2012-ci ildən 2014-cü ilədək təxirə salınıb.
Qeyd edək ki, ən son araşdırmalara görə, Azərbaycanın qaz ehtiyatları 1,5 trln. kubmetr həcmində qiymətləndirilir, ölkədə «mavi yanacağın» illik istehlakı isə orta hesabla 13 mlrd. kubmetr təşkil edir.
Sənaye və energetika
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Xəbər Lenti
Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında iştirak edib
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell”i istifadəyə verir
İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib - VİDEO
Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
İsraildə qabaqcıl pediatrik reabilitasiya təcrübəsi öyrənilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Xankəndi Tibb Mərkəzi istifadəyə verilib
Rusiya MN müharibə başlayandan Ukraynanın 170 minə yaxın dronunun vurulduğunu bildirib
Peskov Belarusda retranslyatorların söndürülməsindən xəbərdar deyil
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Rusiyanın “VKontakte” tətbiqi App Store-dən silinib, Kreml əhaliyə Androidə keçməyi tövsiyə edib
Venesuelada zəlzələdə 164 nəfər ölüb, 971 yaralı var - VİDEO - YENİLƏNİB-1
Radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Makron: Fransa Siciliya sahillərində Rusiyanın “kölgə donanması”nın tankerini saxlayıb
Azərbaycanla Həştərxan arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Dağıstanda yanacaq satışı məhdudlaşdırılıb
"MUNI EXPO 2026"-da Azərbaycan–İsrail innovasiya əməkdaşlığı müzakirə edilib
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
“Maliyyə icarəsi haqqında” qanun təsdiqlənib, 6 ay sonra qüvvəyə minəcək
İsrail və Livan ABŞ rəsmisinin IDF-in Livanın cənubundan geri çəkildiyi iddiasını təkzib edib - YENİLƏNİB
Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilib
Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 1140.3 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
Zelenski: Cəbhədən 1500 km məsafədə yerləşən Ufadakı iki neft zavoduna zərbələr endirilib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Xətai rayonunda 55 kq narkotik dövriyyədən çıxarılıb
İsrail aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib - FOTO
Azərbaycan XİN zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib
Aİ Ukraynaya 90 mlrd. avroluq kredit çərçivəsində ilk tranşın köçürülməsinə başlayıb
MN: Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
ABB: Müştərilərin hesab balansları bərpa edilib
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Paşinyan: Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq
DSMF BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb
Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
FIFA Rusiya millisinin Futbol üzrə Dünya Çempionatına buraxılmasına qərar verib
Keçmiş məcburi köçkün: Kərkicahana qayıtmaq qürurvericidir
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün təhlillərə başlayıb
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan edib
İraq OPEC-dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb
Suriyalı deputat: Türkman tələbələrin Azərbaycanda təhsil alması üçün imkanların yaradılmasını arzulayırıq