Bank Of Baku

Sabah Aİ-Azərbaycan Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə Alt Komitənin iclası keçiriləcək

Sabah Aİ-Azərbaycan Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə  Alt Komitənin iclası keçiriləcək
# 31 mart 2009 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 1-də Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə Alt Komitənin IV iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyindən məlumat verilib.
İclasda Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams, həmçinin Avropa Komissiyasını təmsil edən ekspertlər Endrü Bernard, Aili Rubilis, Jan Lui Lavrov, Kristofer Ross və digər rəsmi şəxslər iştirak edəcək.
Alt Komitənin iclasında Azərbaycanın İqtisadi İnkişaf, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, ARDNŞ, «Azərenerji» ASC, «Azəriqaz» QSC, «Azərbaycan Hava Yolları» QSC, «Azərsu» ASC və digər dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.
Toplantının gündəliyində «Şərq Tərəfdaşlığında enerji, nəqliyyat və ətraf mühitlə bağlı məsələlər», «İkinci Strateji Enerji İcmalı da daxil olmaqla, Aİ-nin enerji sektorundakı ən son vəziyyət», «Enerji üzrə Anlaşma Memorandumunun icrası», «Enerji təhlükəsizliyi və infrastrukturun inkişafı (neft, qaz elektrik)» və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR