Bank Of Baku

Azərbaycanda əhali abonent qrupu üzrə elektrik enerjisinə görə ödəniş səviyyəsi 83,5%-ə çatıb

Azərbaycanda əhali abonent qrupu üzrə elektrik enerjisinə görə ödəniş  səviyyəsi 83,5%-ə çatıb
# 31 mart 2009 14:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin fevral ayında «Azərenerji» ASC-nin balansında olan şəbəkələr üzrə enerji istehlakı yanvar ayı ilə müqayisədə 22,4% azalaraq 364,4 mln. kVt/saat təşkil edib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə istehlak edilmiş elektrik enerjisinə görə ödəniş səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz bəndi artıb: ümumi ödəniş səviyyəsi 66,3%, əhali abonent qrupu üzrə isə 83,5% təşkil edib.

Fevral ayında Ucar Paylayıcı Elektrik Şəbəkəsi (PEŞ) üzrə ümumi ödəniş 100%-i ötüb. Lerik, Göyçay, Yardımlı, Ağsu və Lənkəran PEŞ-lər üzrə isə ümumi ödəniş 90%-dən yuxarı olub. Ən aşağı ödəniş səviyyəsi isə Ağdam PEŞ-də (33,8%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR