Bank Of Baku

Sabah Gürcüstanda beynəlxalq neft-qaz sərgisi başlayır

Sabah Gürcüstanda beynəlxalq neft-qaz sərgisi başlayır
# 01 aprel 2009 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 2-3-də Tiflisdə (Gürcüstan) VIII Gürcüstan Neft və Qaz, Energetika və İnfrastruktur Beynəlxalq Sərgisi (GIOGIE-2009) keçiriləcək.
Sərginin təşkilatçısı olan Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «SOCAR Energy» şirkətinin baş sponsorluğu ilə təşkil olunan sərgidə regionun aparıcı neft şirkətlərinin ekspozisiyaları nümayiş olunacaq.
Qeyd olunur ki, 13 ölkədən 200-dək nümayəndənin iştirak edəcəyi tədbirə Gürcüstan, Azərbaycan, Türkiyə, Norveç, Böyük Britaniya, Serbiya və digər dövlətlərin 30-dək yüksək vəzifəli məruzəçi də qatılacaq.
Qeyd edək ki, sərgi Gürcüstan Energetika və İqtisadi İnkişaf nazirlikləri, həmçinin Gürcüstan Neft və Qaz Korporasiyasının dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR