Bank Of Baku

Bakıda Aİ-Azərbaycan Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə Alt Komitənin iclası keçirilir

Bakıda Aİ-Azərbaycan Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə Alt Komitənin iclası keçirilir
# 01 aprel 2009 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə Alt Komitənin IV iclası işə başlayıb. «APA-Economics»in məlumatına görə, iclasda çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan və Aİ arasında əməkdaşlıq getdikcə genişlənir. Enerji sektorunda Azərbaycan və Aİ-nin maraqları üst-üstə düşür. Eyni zamanda, nəqliyyat sektorunda geniş əlaqələr mövcuddur.
«Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayan dəhlizləri yaxından izləyir və öyrənir. Bu sahədə bir sıra dövlətlə müzakirələr aparılır», - deyə nazir vurğulayıb.
N.Əliyev həmçinin qeyd edib ki, rəsmi Bakı Aİ ilə təcrübə mübadiləsi aparmaq, yeni texnologiyaların Azərbaycana gətirilməsində birlikdə çalışmaq niyyətindədir. Azərbaycan həmçinin alternativ enerji mənbələrinin işlənməsində də Aİ ilə əməkdaşlığa maraqlıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams isə Aİ-nin Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün yeni alt komitələr yaratmağı planlaşdırdığını, həmçinin enerji və nəqliyyat sektorunda yeni layihələrin nəzərdən keçirildiyini vurğulayıb.
Qeyd edək ki, Alt Komitənin iclasında İqtisadi İnkişaf, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, ARDNŞ, «Azərenerji» ASC, «Azəriqaz» QSC, «Azərbaycan Hava Yolları» QSC, «Azərsu» ASC və digər dövlət qurumlarının nümayəndələri də iştirak edir.
İclasın gündəliyinə «Şərq Tərəfdaşlığında enerji, nəqliyyat və ətraf mühitlə bağlı məsələlər», «İkinci Strateji Enerji İcmalı da daxil olmaqla, Aİ-nin enerji sektorundakı ən son vəziyyəti», «Enerji üzrə Anlaşma Memorandumunun icrası», «Enerji təhlükəsizliyi və infrastrukturun inkişafı (neft, qaz elektrik)» və s. məsələlər daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR