Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti xərclərini azaltmağa başlayır

Azərbaycan Dövlət Neft Şirkəti xərclərini azaltmağa başlayır
# 01 aprel 2009 12:16 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sıx beynəlxalq iqtisadi münasibətlər şəraitində ARDNŞ-in də mümkün neqativ hallarla üzləşə bilmək ehtimalını qeyd edən şirkətin prezidenti Rövnəq Abdullayev bildirib ki, dünya bazarında neftin qiymətinin üç dəfədən artıq düşməsi şirkətin büdcəsinin gəlirlər hissəsində müvafiq azalma ilə müşayiət olunur. R.Abdullayev ARDNŞ-in tərkibində fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinə böhranın yarada biləcəyi mümkün neqativ hallardan qorunmaq üçün müvafiq tapşırıqlar verib. Mövcud şəraitdə ARDNŞ-in əsas fəaliyyət sahələri üzrə məsrəflərin və xüsusilə qeyri-istehsal sahələrinə ayrılan xərclərin maksimum azaldılması, idarəetmənin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması istiqamətində struktur dəyişikliklərinin aparılması, debitor və kreditor borcların restrukturizasiyası, personalın say tərkibinin müəssisə və təşkilatların zəruri tələbatına uyğunlaşdırılması, vakant ştatların müəssisə və təşkilatlardakı sərbəstləşmiş işçilər hesabına təmin edilməsi kimi tədbirlərin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR