Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev: «Neft hasilatını artırmağa ehtiyac yoxdur»

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev: «Neft hasilatını artırmağa ehtiyac yoxdur»
# 01 aprel 2009 12:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Dünya bazarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir şəraitdə hasilatı artırmağa ehtiyac yoxdur. «APA-Economics»in məlumatına görə, belə bir açıqlama ilə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edib.
Nazirin sözlərinə görə, Azərbaycanda bu il 45 mln. tondan artıq neft hasilatı proqnozlaşdırılır.
«Buna səbəb dünyadakı maliyyə böhranı və birjalarda neftin qiymətinin maya dəyəri səviyyəsində olmasıdır», - deyə N.Əliyev vurğulayıb.
N.Əliyev onu da bildirib ki, dünyadakı iqtisadi böhran və neftin qiymətinin düşməsi Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən iri layihələrin icrasına təsir göstərməyəcək.
«Lakin planlaşdırılan bir sıra layihələr, o cümlədən Bibiheybət buxtasında həyata keçiriləcək bərpa işləri və s. bu kimi layihələr təxirə salına bilər», - deyə nazir fikrini yekunlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR