Bank Of Baku

Praqada «Cənub enerji dəhlizi» mövzusunda konfrans keçiriləcək

Praqada «Cənub enerji dəhlizi» mövzusunda konfrans keçiriləcək
# 01 aprel 2009 12:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. May ayının 7-8-də Praqada (Çexiya) Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə «Cənub enerji dəhlizi» mövzusunda konfransın keçirilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams məlumat verib.
Konfransda Xəzər dənizi hövzəsindən enerji resurslarının Avropaya çatdırılması məsələsi müzakirə olunacaq.
Konfransın keçirilməsi təklifi ilə Çexiya hökuməti çıxış edib. Tədbirdə Azərbaycan, Qazaxıstanın nümayəndələrinin də iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR