Bank Of Baku

Gürcüstanda beynəlxalq neft-qaz konfransı keçirilir

Gürcüstanda beynəlxalq neft-qaz konfransı keçirilir
# 02 aprel 2009 14:33 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə VIII Beynəlxalq Neft və Qaz, Energetika və İnfrastruktur Konfrans-Sərgisi (GİOGİE 2009) işə başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Gürcüstanın Energetika və İqtisadi İnkişaf nazirlikləri, həmçinin Gürcüstan Neft-Qaz Korporasiyasının dəstəyi ilə keçirilən konfransda 13 ölkədən 200 nümayəndə iştirak edir.
İki gün davam edəcək konfransın gündəliyinə Xəzər bölgəsindəki karbohidrogen ehtiyatlarının strateji inkişafında Gürcüstanın rolu, enerji ehtiyatları, təbii qazın nəqli, yeraltı qaz kəmərlərinin inşası, habelə Kulevi Neft Terminalının inşası ilə bağlı məsələlər daxil edilib.
Müzakirələrə ABŞ, Böyük Britaniya, Türkiyə, Serbiya, Qazaxıstan, Ukrayna və Azərbaycandan gəlmiş nümayəndələr qatılıb. Konfransda Gürcüstanın baş naziri Nika Gilauri çıxış edərək tərəflərin bir-birini məlumatlandırması, mövcud problemlərin müzakirəsi baxımından konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konfrans çərçivəsində Azərbaycanın «SOCAR Energy» şirkətinin baş sponsorluğu ilə təşkil olunan sərgidə regionun aparıcı neft şirkətlərinin ekspozisiyaları, o cümlədən Gürcüstanda neft və qaz, energetika, infrastruktur sahəsindəki yeniliklər nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR