Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının «İrgiz» gəmisi «LUKoil» şirkətinin «Astra» qazma qurğusunun təchizatını həyata keçirəcək

Xəzər Dəniz Neft Donanmasının «İrgiz» gəmisi «LUKoil» şirkətinin «Astra» qazma qurğusunun təchizatını həyata keçirəcək
# 03 aprel 2009 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasına məxsus «İrgiz» gəmisi Rusiyanın «LUKoil» şirkətinin Xəzər dənizində geoloji kəşfiyyat işləri aparan «Astra» qazma qurğusunun təchizatını həyata keçirəcək. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
«Astra» qurğusu Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən «Kurmanqazı» yatağında həyata keçirilən beynəlxalq layihə çərçivəsində qazma işlərinə başlayıb. «İrgiz» qurğunun təchizatını həyata keçirmək üçün şirkətlə 200 günlük müqavilə bağlayıb. Gəmidəki 16 nəfərlik ekipaj bu müddətdə vaxta üsulu ilə işləyəcək.
Qeyd edək ki, bu yaxınlarda Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda təmirdən çıxmış «İrgiz» gəmisi borular, sement, barit, qazma avadanlığı və dəmir-beton konstruksiyaları, habelə 250 ton içməli su və 400-500 ton yanacaq daşımağa qadirdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR