Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının gəmiləri ARDNŞ-ın müxtəlif neft-qaz yataqlarında və perspektiv strukturlarda işlərə başlayıb

Xəzər Dəniz Neft Donanmasının gəmiləri ARDNŞ-ın müxtəlif neft-qaz yataqlarında və perspektiv strukturlarda işlərə başlayıb
# 04 aprel 2009 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Xəzər Dəniz Neft Donanmasının 4 elmi-tədqiqat gəmisi Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (ARDNŞ) müxtəlif neft-qaz yataqlarında və perspektiv strukturlarda işlərə başlayıb. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müasir cihazlar və tədqiqat avadanlığı ilə təchiz edilmiş gəmilərin hər birində ARDNŞ-ın Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin 10-20 nəfərlik komandası çalışır. «Günəşli» yatağında «Əli Əmirov» mühəndis-geoloji gəmisi qazma işləri aparır. Burada yeni platformaların yerləşdiriləcəyi dayaq nöqtələrində dənizin dibinin dayanaqlığını öyrənmək məqsədilə kern nümunələri götürülür.

«Geofizik-2» gəmisi Pirallahı adasının şimal-şərqində yerləşən «Gilavar-Xəzri» perspektiv strukturların sonar fotoşəkilişi və batimetriya (dənizin dərinliyinin ölçülməsi) işlərini aparır. «Bulla-Dəniz» qaz-kondensat yatağında «Zöhrab Vəliyev» gəmisi sahə tədqiqatlarını həyata keçirməkdədir.

Yeni 620 nömrəli platformanın layihələndirilməsi üçün «Məmməd Süleymanov» elmi-tədqiqat gəmisi «Darvin Küpəsi» yatağında araşdırma aparır. Geofizik, geoloq və topoqraflar yeni dərinsulu platformaların, neft və qaz kəmərlərinin, digər hidrotexniki qurğuların inşasının layihə-smeta sənədlərinin hazırlanması üçün lazımi məlumatlar hazırlayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR