Bank Of Baku

ARDNŞ Novorossiysk limanından xam neft ixracını artırıb

ARDNŞ Novorossiysk limanından xam neft ixracını artırıb
# 04 aprel 2009 08:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi mart ayında Novorossiysk limanından 224 263 ton xam neft ixrac edib. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

Fevral ayı ilə müqayisədə Bakı-Novorossiysk boru kəməri ilə ixrac edilmiş xam neftin həcmi 35,7% çox olub.

Mart ayında dünya bazarında «Brent tipli» xam neftin 1 bareli 46,55 dollara, Ural nefti 45,65 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 47,27 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR