Bank Of Baku

Rövnəq Abdullayev: “ARDNŞ bu il “Petkim”ə 52 milyon ABŞ dolları həcmində investisiya qoyacaq”

Rövnəq Abdullayev: “ARDNŞ bu il “Petkim”ə 52 milyon ABŞ dolları həcmində investisiya qoyacaq”
# 04 aprel 2009 09:13 (UTC +04:00)
APA-nın “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyədə «Petkim»in yaranmasının 44 illiyinə münasibəti ilə keçirilən tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayev Türkiyənin dəstəyi ilə orta və uzun müddətli layihələrə başlamağı hədəflədiklərini qeyd edib: «Həyata keçirilən layihələr nəticəsində «Petkim» Türkiyənin və dünyanın ən gəlirli şirkətlərindən birinə çevriləcək. Türkiyə bazarında «Petkim»in payı hazırkı 25%-dən 40%-ə çatdırılacaq».

R. Abdullayev böhrana baxmayaraq, 2008-ci ildə «Petkim»ə 47 mln. ABŞ dolları məbləğində sərmayə yatırdıqlarını da vurğulayıb.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR