Bank Of Baku

ABŞ-da neftin qiyməti düşüb, Avropada isə qalxıb

ABŞ-da neftin qiyməti düşüb, Avropada isə qalxıb
# 04 aprel 2009 10:27 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Nyu-York əmtəə birjasında neftin qiyməti bu həftə müşahidə olunan artmadan sonra yenidən enib və ötən gecə bağlı elan edilən hərraclardan sonra hər barelə görə 52,51 ABŞ dolları təşkil edib.
APA-Economics”in məlumatına görə, neftin qiyməti gün ərzində 0,13 dollar və yaxud 0,25% azalıb. Xatırladaq ki, cümə günü səhər başa çatan hərraclarda alıcılara may ayında çatdırılacaq “qara qızıl” üçün fyuçers kontraktlarında neftin 1 barelinin qiyməti 52,64 dollar olmuşdu.

Qeyd edək ki, cari qiymətlər neftin 1 barelinin ötən il iyulun 11-də Nyu-York birjasında qeydə alınan mütləq maksimum dəyərindən 94,76 dollar aşağıdır. Eyni zamanda London qitələrarası birjasında mayda ixrac ediləcək “Brent” markalı neftin 1 barelinin dəyəri, əksinə 53,47 dollara çataraq 72 sent və yaxud 1,36% artıb.

Analitiklərin fikrincə, karbohidrogen xammalının bahalaşması ilk növbədə fond bazarında yaranan canlanma və ABŞ dollarının məzənnəsinin dünya aparıcı valyutaları ilə müqayisədə düşməsi ilə bağlı ola bilər. Bu halda neft fyuçerslərinin dollarla alınması isə əcnəbi investorlar üçün xüsusilə sərfəli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR