Bank Of Baku

NATO enerji təhlükəsizliyi sahəsində səylərini aktivləşdirir

NATO enerji təhlükəsizliyi sahəsində səylərini aktivləşdirir
# 06 aprel 2009 07:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. NATO enerji təhlükəsizliyi sahəsində səylərini aktivləşdirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə NATO-nun 60-cı zirvə sammitinin qəbul etdiyi bəyanatda qeyd olunur.
Sammitin sonunda qəbul edilmiş bəyanatın bir bəndi enerji təhlükəsizliyinə həsr olunub. Sənəddə qeyd olunur ki, ittifaq enerji təhlükəsizliyi sahəsində mövcud risklərlə bağlı məsləhətləşmələr aparacaq və sonrakı fəaliyyətində bu məsələni daim diqqətdə saxlayacaq: «Cari ilin yanvar ayında təbii qaz böhranı bir neçə müttəfiq və tərəfdaş ölkəyə öz təsirini göstərib. Bu gün etibarlı enerji təchizatı, marşrutların müxtəlifliyi, tədarükçülər, enerji mənbələri və enerji şəbəkələrinin qarşılıqlı əlaqəliliyinin yaradılması vacib amillərdəndir. Buna görə də NATO enerji infrastrukturunun təhlükəsizliyinə yönəldilən səyləri dəstəkləyəcək».
Enerji təhlükəsizliyi ilə bağlı hazırlanmış təkliflər 2009-cu ilin dekabr ayında NATO xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Qeyd edək ki, xarici KİV orqanları NATO sammitində əldə olunmuş razılaşma əsasında alyansın nəzdində enerji təhlükəsizliyi üzrə ixtisaslaşmış bir neçə təşkilatın yaradılacağını qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR