Bank Of Baku

Sabah Gürcüstan, Azərbaycan və Türkiyə arasında «Enerji Körpüsü» layihəsi imzalanacaq

Sabah Gürcüstan, Azərbaycan və Türkiyə arasında «Enerji Körpüsü» layihəsi imzalanacaq
# 07 aprel 2009 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 8-də Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin imzalanma mərasimi keçiriləcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Gürcüstan Energetika Nazirliyi məlumat yayıb.

Sənədi «Gürcüstan Dövlət Elektrik Sistemi», «Azərenerji» ASC və Türkiyə Elektrik Enerjisinin Ötürülməsi Korporasiyasının rəsmiləri imzalayacaq. Azərbaycan tərəfdən tədbirdə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov iştirak edəcək.

Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaq. Bununla bərabər, yaradılacaq İşçi Qrupu hər bir ölkədə şəbəkələrin cari vəziyyətini təhlil edib və modelin reallaşdırılması perspektivləri baxımından tələb olunan investisiyanı dəqiqləşdirəcək.

Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR