Bank Of Baku

«Bakı Steel Company»yə yeni prezident təyin olunub

«Bakı Steel Company»yə yeni prezident təyin olunub
# 07 aprel 2009 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Bakı Steel Company» şirkətinə yeni prezidentin təyin edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
«APA-Economics»in məlumatına görə, şirkətin Direktorlar Şurasının qərarı ilə Aksel Borovski şirkətin prezidenti vəzifəsinə təyin edilib. A.Borovski 1959-cu ildə Almaniyada anadan olub, Avstriyanın Leoben Universitetində metallurgiya və iqtisadiyyat ixtisası üzrə ali mühəndislik təsili alıb. Qeyd edək ki, A.Borovski əvvəllər «Thyssen Krupp», «Mittal Steel», «ALferon Management Ltd.» kimi Avropanın tanınmış metallurgiya müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Bundan sonra, o, «Bakı Steel Company»də 2004-2007-ci illərdə şirkətin vitse-prezidenti olub, ümumilikdə isə metallurgiya sahəsində 20 ilik təcrübəyə malikdir.
Xatırladaq ki, hazırda zavodda ümumilikdə 1 800-dən artıq işçi çalışır.
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR