Bank Of Baku

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi istehsalı bərpa edir

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi istehsalı bərpa edir
# 07 aprel 2009 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Bakı Steel Company» şirkəti bu ilin aprel ayının 20-dən etibarən yenidən istehsala başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu şirkətin prezidenti vəzifəsinə yeni təyin edilmiş Aksel Borovski bildirib.
A.Borovskinin sözlərinə görə, hazırda şirkətin əsas işlərindən biri metal qırıntılarının qəbulu ilə bağlıdır: «Bir il bundan qabaq bazar daha aktiv olub. İndi bu aktivlik hiss olunmur. Lakin buna baxmayaraq, biz bu il ərzində qalınlığı 12 mm-dən 32 mm-dək armatur istehsal edəcəyik. Həmçinin, bu ilin aprel ayının 20-dən etibarən 10 mm-lik armaturların da istehsalına başlayacağıq. Ümumiyyətlə, növbəti aylar üçün hər ay 22 min ton armaturun istehsal olunacağı gözlənilir».
A.Borovski qeyd edib ki, hazırda şirkət qalınlığı 6 mm-dən çox olan metal tullantılarının 1 tonu üçün 120 ABŞ dolları, çuquna isə 130 dollar ödəyir. Metal qırıntıları fərdi qaydada deyil, səlahiyyətli şəxslərdən qəbul edilir.
Xəzər dənizindəki tullantı metal konstruksiyaların da qəbul ediləcəyini qeyd edən A.Borovski bununla bağlı hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə danışıqlar aparıldığını vurğulayıb.
Xatırladaq ki, hazırda zavodda ümumilikdə 1 800-dən artıq işçi çalışır.
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR