Bank Of Baku

Azərbaycan bu ilin I rübündə elektrik enerjisi istehsalını 9,5% azaldıb

Azərbaycan bu ilin I rübündə elektrik enerjisi istehsalını 9,5% azaldıb
# 08 aprel 2009 13:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin mart ayı ilə müqayisədə enerji istehsalı sabit qalıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən qurumun Mərkəzi Dispetçer İdarəsinə istinadən məlumat verilib.
Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,7 mlrd. kVt/saata, su elektrik stansiyalarının (SES) payına isə 0,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşüb.
Bununla yanaşı, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qeyd edək ki, 2009-cu ilin I rübü ərzində enerji sistemində 5,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən 5,3 mlrd. kVt/saatdan artıq İES-lərin, 0,5 mlrd. kVt/saata yaxın isə SES-lərin payına düşüb. Cari ilin birinci rübündə elektrik enerjisi istehsalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR