Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Litvanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri Litvanın xarici işlər naziri ilə görüşüb
# 08 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskasla görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
N.Əliyev Azərbaycanda həyata keçirilən layihələr, energetika sahəsində regional layihələr barədə V.Uşatskası məlumatlandırıb və qeyd edib ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropa İttifaqı ölkələri ilə yaxından əməkdaşlıq edir. Bu istiqamətdə Litvanın da səylərini dəstəkləyir. Nazir bildirib ki, enerji xətlərinin diversifikasiyası Avropa İttifaqı ölkələrinin etibarlı və fasiləsiz enerji təminatında mühüm rol oynaya bilər. Nazir həmçinin Xəzər hövzəsindən hasil edilən neft və təbii qazın Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün irəli sürülən layihələrin, xüsusi ilə Odessa-Brodı kəmərinin yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.
V.Uşatskas isə öz növbəsində qeyd edib ki, Litva Azərbaycanı Qafqaz regionunda siyasi və iqtisadi müstəvidə özünün ən yaxın strateji tərəfdaşı hesab edir. Litva özünün enerji təhlükəsizliyi konsepsiyasını Azərbaycanın yaxından iştirakı ilə inkişaf etdirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR