Bank Of Baku

Gürcüstan, Azərbaycan və Türkiyə arasında «Enerji Körpüsü» layihəsinin icrasına dair memorandum imzalanıb

Gürcüstan, Azərbaycan və Türkiyə arasında «Enerji Körpüsü» layihəsinin icrasına dair memorandum imzalanıb
# 08 aprel 2009 14:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin reallaşdırılmasına dair memorandum imzalanıb. «APA-Economics»in məlumatına görə, memorandum «Gürcüstan Dövlət Elektrik Sistemi», «Azərenerji» ASC və Türkiyə Elektrik Enerjisinin Ötürülməsi Korporasiyası arasında imzalanıb.

Qeyd edək ki, layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaq. Bununla bərabər, yaradılacaq İşçi Qrupu hər bir ölkədə şəbəkələrin cari vəziyyətini təhlil edib və modelin reallaşdırılması perspektivləri baxımından lazımi investisiyanı dəqiqləşdirəcək.

Layihəyə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Energetika Agentliyi maliyyə dəstəyi göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR