Bank Of Baku

Şirvan, Sabirabad və Hacıqabulda ümumilikdə 17 min elektron elektrik sayğacı quraşdırılıb

Şirvan, Sabirabad və Hacıqabulda ümumilikdə 17 min elektron elektrik sayğacı quraşdırılıb
# 09 aprel 2009 11:41 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. «Azərenerji» ASC-nin «Şirvan Regional Enerji Təchizatı» (RET) MMC üzrə bu günədək 17 060 smart-kart tipli elektrik sayğacı quraşdırılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna «Şirvan RET»in direktoru Səməd Hüseynov məlumat verib.
S.Hüseynovun sözlərinə görə, bunlardan 10 250-si Şirvanda, 6 110-u Sabirabadda, 700-ü isə Hacıqabulda quraşdırılıb. Yaxın vaxtlarda Salyan və Neftçala rayonlarında da smart-kart tipli sayğacların quraşdırılmasına başlanılacaq.
S.Hüseynov onu da bildirib ki, elektron sayğaclarla paralel olaraq 10/6/0,4 kV-luq şəbəkə xətləri uzunmüddətli istismara yararlı və enerji itkisinə yol verməyən SİP kabellərlə əvəzlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR