Bank Of Baku

Martda Bakı-Ceyhan boru kəməri ilə 3,1 mln. ton Azərbaycan nefti nəql olunub

Martda Bakı-Ceyhan boru kəməri ilə 3,1 mln. ton Azərbaycan nefti nəql olunub
# 09 aprel 2009 12:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3,1 mln. ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Cari ilin yanvar-mart aylarında isə BTC ilə 8,2 mln. ton neft ötürülüb. Ümumilikdə, kəmər istifadəyə verilən gündən 2009-cu ilin aprel ayının 1-ə qədər BTC-yə vurulmuş neft 78,6 mln. ton təşkil edib.
Qeyd edək ki, BTC əsas ixrac boru kəməri 2006-cı ilin may ayında istismara verilib və Azərbaycan yüngül neftinin ixracı üçün əsas istiqamət sayılır. Uzunluğu 1 768 km təşkil edən kəmər üç ölkənin ərazisindən keçir - Azərbaycan (443 km), Gürcüstan (249 km), Türkiyə (1 076 km) və gündə 1 mln. barel nəqletmə gücünə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR