Bank Of Baku

Boqdan Sokolovski: “Odessa-Brodı neft kəmərinin texniki-iqtisadi əsaslandırılması layihəsi aprelin 24-də imzalanacaq”

Boqdan Sokolovski: “Odessa-Brodı neft kəmərinin texniki-iqtisadi əsaslandırılması layihəsi aprelin 24-də imzalanacaq”
# 09 aprel 2009 14:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Odessa-Brodı neft kəmərinin texniki-iqtisadi əsaslandırılması layihəsi “Sarmatiya” birgə müəssisəsinin aprelin 24-də Polşada keçiriləcək ümumi yığıncağında imzalanacaq. APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin enerji təhlükəsizliyinə dair beynəlxalq məsələlər üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovski məlumat verib. O bildirib ki, aprelin 24-də keçiriləcək imzalanma mərasimindən sonra bu layihənin praktiki reallaşması mərhələsi start götürəcək: “Texniki-iqtisadi əsaslandırmanın nəticələri göstərdi ki, bu layihə üç istiqamətdə - şimalda Polşadan keçməklə, qərbdə Slovakiya, Çexiya və Avstriyadan keçməklə və şərq istiqamətində cəlbedici və rentabellidir. Ən real və tez həyata keçiriləcək istiqamət Slovakiya istiqamətidir. Bu istiqamətdə praktiki olaraq yaxın illər ərzində 5-7 milyon ton tranzit neft nəql olunması üçün ciddi sərmayə qoyuluşu tələb olunmur. Bundan başqa ildə Ukraynaya 4-5 milyon ton neft qalacaq. Söhbət faktiki olaraq ilk növbədə Avropa-Asiya neft nəqliyyat dəhlizindən gedir”. Boqdan Sokolovskinin sözlərinə görə, layihənin ikinci hissəsi isə ciddi sərmayə qoyuluşu tələb edir: “İkinci hissədə şimala, Polşaya doğru, Plotsk-Qdansk istiqamətində çəkiləcək. Sərmayə tələb olunur və bunun nəticəsində ikinci fazada neft daşımalarının illik həcmini 20 milyon tona çatdırmaq mümkün olacaq. Layihənin üçüncü hissəsinin reallaşması isə neft daşımalarının illik həcminin 40 milyon tona çatdırmağa imkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR