Bank Of Baku

Azərbaycanda dövlətə təhvil verilən qazın həcmi martda 20% artıb

Azərbaycanda dövlətə təhvil verilən qazın həcmi martda 20% artıb
# 10 aprel 2009 12:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mart ayında Azərbaycanda dövlətə 1 080 690 073 kubmetr qaz təhvil verilib ki, bu da 2008-ci ilin mart ayı ilə müqayisədə 20,2% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Təhvil verilmiş qazın 597 177 098 kubmetri ARDNŞ-in, 483 512 975 kubmetri isə Konsorsiumun (ABƏŞ) payına düşüb.
Ümumilikdə isə cari ilin yanvar-mart aylarında dövlətə 3 105 576 752 kubmetr qaz təhvil verilib ki, bunun 1 700 740 676 kubmetri ARDNŞ-in, 1 404 836 076 kubmetri isə Konsorsiumun payına düşüb. Yanvar-mart aylarında dövlətə təhvil verilmiş təbii qazın həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR