Bank Of Baku

Franko Frattini: «ITG layihəsi «Nabucco»dan daha üstündür»

Franko Frattini: «ITG layihəsi «Nabucco»dan daha üstündür»
# 11 aprel 2009 10:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin inşası (ITG) layihəsi «Nabucco» ilə müqayisədə daha əhəmiyyətli və üstündür. Çünki bu layihə maneəsiz və daha qısa müddət ərzində icra oluna bilər. APA-nın məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Franko Frattini bildirib.
F.Frattini qeyd edib ki, ITG layihəsinin tezliklə həyata keçirilməsi üçün iştirakçı dövlətlər, tranzit ölkələr və təchizatçılar arasında müqavilələr imzalanmalıdır: «ITG hələ 2006-cı ildə Avropa İttifaqının prioritet layihələri sırasında qeyd olunub. Məhz həmin kəmərlə qaz Xəzər bölgəsindən, xüsusən də Azərbaycandan, Rusiyadan yan keçməklə, Türkiyə və Yunanıstan vasitəsilə İtaliyaya nəql olunacaq. Ehtiyat mənbələri və nəqletmə marşrutlarını diversifikasiya edərək, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım göstərəcək».
Avropa İttifaqının digər layihələri, məsələn, «Nabucco» ilə müqayisə aparan nazir ITG-nin daha böyük üstünlüklərə malik olduğunu vurğulayıb: «Biz ümid edirik ki, layihənin icrasını sürətləndirmək məqsədi ilə ITG-da iştirak edən bütün dövlətlərlə saziş imzalaya biləcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR