Bank Of Baku

Türkiyə «Nabucco» layihəsində iştirak etmək istəyən Avropa dövlətlərinə rəsmi məktub göndərib

Türkiyə «Nabucco» layihəsində iştirak etmək istəyən Avropa dövlətlərinə rəsmi məktub göndərib
# 13 aprel 2009 09:28 (UTC +04:00)
«APA-Economics»in Türkiyə KİV-lərinə istinadən bildirdiyinə görə, bu barədə enerji və təbii qaynaqlar naziri Hilmi Gülər məlumat verib. «Onlar bəzən dövlət, bəzən şirkət olaraq hərəkət edirlər. Biz istəyirik ki Avropa Birliyi razı qaldığı mətni bizə göndərsin», - deyə nazir vurğulayıb. H.Gülər bildirib ki, Avropa ölkələri cavablarını aprelin sonunadək təqdim etsə, razılaşma iyun ayınadək qədər imzalana bilər.

Qeyd edək ki, «Nabucco» boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.

Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi investisiya dəyəri 7,9 mlrd. avrodur (12,3 mlrd. ABŞ dolları).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR