Bank Of Baku

Azərbaycanda 5,3 min borclu abonentin qazı kəsilib

Azərbaycanda 5,3 min borclu abonentin qazı kəsilib
# 13 aprel 2009 14:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 8-dən 13-dək Azərbaycanda borcunu ödəməyən 5 278 abonentin qaz təchizatı dayandırılıb. Bu barədə «APA-Economics»ə «Azəriqaz» QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bunlardan 1 626-sı Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin tabeçiliyindəki 11 Qaz İstismar Sahəsinin, digərləri isə Respublika Qaz İstismar İdarələrinin payına düşüb. Qaz təchizatı ən çox dayandırılan rayonlar Binəqədi, Suraxanı, Qaradağ, Dəvəçi, Quba, Bərdə rayonları və Gəncə şəhəridir.
Qeyd edək ki, hazırda «Azəriqaz»ın 1,2 mln. abonenti var. Ölkə üzrə qaz abonentlərinin 98%-i şirkət tərəfindən sayğaclaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR