Bank Of Baku

ARDNŞ martda dövlət büdcəsinə köçürülən vəsaitin həcmini 10% artırıb

ARDNŞ martda dövlət büdcəsinə köçürülən vəsaitin həcmini 10% artırıb
# 15 aprel 2009 07:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Mart ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dövlət büdcəsinə 89 914 min manat vəsait ödəyib ki, bu da 2008-ci ilin mart ayı ilə müqayisədə 9,6% və ya 7 865 min manat çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Cari ilin mart ayında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna isə 8 240 min manat vəsait köçürülüb. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,2% və ya 1 027 min manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR