Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti qaz təhvilini 26% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti qaz təhvilini 26% artırıb
# 15 aprel 2009 12:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 1 134,58 mln. kubmetr qaz təhvili həyata keçirilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Bu həcmdən 1 043,93 mln. kubmetri daxili bazarda satılıb ki, öz növbəsində bunun 562,56 mln. kubmetri «Azəriqaz» QSC-yə, 481,36 mln. kubmetri isə «Azərenerji» ASC-yə verilib. Daha 90,65 mln. kubmetr təbii qaz isə ARDNŞ tərəfindən xaricə satılıb.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında cəmi qaz təhvili 3 262,27 mln. kubmetr təşkil edib (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% çox). Bunun 2 904,79 mln. kubmetri daxili, 357,48 mln. kubmetri isə xarici bazarda satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR