Bank Of Baku

«Azərenerji» dövlət büdcəsinə ödənişləri 40% artırıb

«Azərenerji» dövlət büdcəsinə ödənişləri 40% artırıb
# 15 aprel 2009 12:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart ayları ərzində «Azərenerji» ASC tərəfindən dövlət büdcəsinə 34 mln. manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Cari ilin birinci rübündə dövlət büdcəsinə ödənilmiş vəsait 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox olub.
Mart ayında isə səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə 13,3 mln. manat vəsaitin ödənilməsi təmin olunub ki, bu da 2008-ci ilin mart ayı ilə müqayisədə 1,4 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR