Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti martda neft hasilatını 3% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti martda neft hasilatını 3% artırıb
# 15 aprel 2009 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən neft hasilatı (qaz kondensatı ilə) 763,45 min ton təşkil edib. Ötən ilin analoji mart göstəricisi ilə müqayisədə neft hasilatında 3,1% artım qeydə alınıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bunun 619,01 tonu neft və qaz çıxarma idarələri (NQÇİ), 144,44 min tonu ARDNŞ-in birgə layihələrinin payına düşüb. ARDNŞ-in birgə layihələrdən payının 20,42 min tonu əməliyyat şirkətlərindən, 109,75 min tonu «Azəri-Çıraq-Günəşli», 14,27 min tonu isə «Şahdəniz» layihəsindən formalaşıb.

Hasil edilmiş neftin 484,80 min tonu emala verilib, 248,38 tonu isə ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ARDNŞ-in neft (qaz kondensatı ilə) hasilatı 2 196,49 min ton təşkil edib və bu, 2008-ci ilin birinci rübü ilə müqayisədə 1,3% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR