Bank Of Baku

Azərbaycanda yeni iri qaz kəməri rəsmən istismara verilib

Azərbaycanda yeni iri qaz kəməri rəsmən istismara verilib
# 16 aprel 2009 07:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dövlət Qəbul Komissiyası Bahar-Hövsan-Suraxanı qaz kəmərinin istismara buraxılmasını qəbul edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Kəmərin sualtı hissəsinin uzunluğu 34 830 metr, diametri 508 mm, qurudakı hissəsinin uzunluğu 9 844 metr, diametri 762 mm, sutkalıq ötürmə qabiliyyəti isə 5 mln. kubmetrdir. Qəbul aktının imzalanmasınadək qaz kəməri 72 saat ərzində işləyərək sutkada 2 mln. kubmetr qaz nəql edib.
Gələcəkdə bu kəmərlə qaz nəqli həcmlərinin artırılması nəzərdə tutulub. Yeni qaz kəməri «Şimal» elektrik stansiyası, eləcə də Bakının ətraf rayonlarındakı əhalini və sənaye müəssisələrini «Günəşli» yatağından hasil olunan mavi yanacaqla təmin edəcək.
Qeyd edək ki, kəmərin sualtı hissəsinin sifarişçisi «28 May» NQÇİ, yerüstü hissəsinin sifarişçisi isə ARDNŞ-in Qaz Əməliyyatları İdarəsidir. Kəmərin layihəsi «Neftqazlayihə» İnstitutunda hazırlanıb, tikinti işlərinin baş podratçısı «Neftqaztikinti» Tresti olub. Layihənin baş qurğu ilə birlikdə dəyəri 50 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR