Bank Of Baku

Türkiyədə Avrasiya İqtisadi Zirvəsi keçiriləcək

Türkiyədə Avrasiya İqtisadi Zirvəsi keçiriləcək
# 16 aprel 2009 09:36 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin Marmara Qrupu Vəqfi bu il mayın 6-8-də Avrasiya İqtisadi Zirvəsini keçirəcək. Vəqfin başqanı Akan Suver APA-nın İstanbul bürosuna açıqlamasında bildirib ki, zirvədə əsasən “Nabucco” layihəsi ilə bağlı müzakirələr aparılacaq.

Tədbirə Xorvatiya prezidenti Mesiçin, Kosova prezidenti Sedia, Türkiyə prezidenti Abdulla Gül də qatılacaq. A. Süver bildirib ki, Azərbaycandan da bir neçə yüksək vəzifəli şəxs tədbirə dəvətlidir.

A. Süver “Nabucco” layihəsi ilə bağlı müzakirələr aparmalarının səbəblərinə də aydınlıq gətirib: “Bu layihədən həm Rusiya, həm də Avropa Birliyi narahatdır. Çünki bu layihənin reallaşması Türkiyə-Gürcüstan-Azərbaycan münasibətlərinin daha da mükəmməlləşməsi deməkdir. Məsələn, Angela Merkel iqtisadi böhranı səbəb göstərərək Almaniyanın “Nabucco” layihəsi üçün öhdəsinə götürdüyü 250 milyon avronun 50 milyonunu kəsdiklərini açıqladı. 8 milyard avroluq bir layihə üçün 50 milyon avro çox az miqdardır. Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi üçün Gürcüstanın payına düşən pulun hamısını Azərbaycan öhdəsinə götürdü. Toplantıda əlaqədar ölkələrin enerji nazirləri ilə yanaşı, “Nabucco”nun da əlaqədar ölkələrdəki baş direktorları iştirak edəcəklər. Biz “Nabucco”ya çox önəm veririk, məncə, bu, son 20 ilin Bakı-Tiflis-Ceyhandan sonra ən önəmli layihəsidir”.

A. Süver deyib ki, toplantı iştirakçılarına veriləcək konsert proqramı da Azərbaycan müğənnisi Azərinin ifasında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR