Bank Of Baku

ARDNŞ prezidenti İsveçrə Konfederasiyasının iqtisadi məsələlər üzrə dövlət katibi ilə görüşüb

ARDNŞ prezidenti İsveçrə Konfederasiyasının iqtisadi məsələlər üzrə dövlət katibi ilə görüşüb
# 17 aprel 2009 07:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İsveçrə Konfederasiyasının iqtisadi məsələlər üzrə dövlət katibi Jan Daniel Gerberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

R. Abdullayev bildirib ki, ARDNŞ-in İsveçrədə “SOCAR-Treydinq” şirkətini təsis olunub, Dövlət Neft Şirkəti bir çox İsveçrə şirkətləri ilə sıx münasibətlər yaradıb. Bu sırada TAP layihəsinin əməliyyatçı olan “EGL AG” şirkətini xüsusi rol oynayır. Hazırda “Şahdəniz” yatağından hasil edilən təbii qazın alınması üçün bir çox ölkələrdən təkliflər daxil olduğunu deyən R. Abdullayev son nəticədə kommersiya cəhətdən ən sərfəli təklifə üstünlük veriləcəyini bəyan edib.

J. D. Gerber isə ARDNŞ-in son illər qazandığı uğurları yüksək qiymətləndirərək Avropada Azərbaycan qazına böyük maraq göstərildiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR