Bank Of Baku

Azərbaycan ötən il Rusiyaya elektrik enerjisi ixracını 4,5% artırıb

Azərbaycan ötən il Rusiyaya elektrik enerjisi ixracını 4,5% artırıb
# 17 aprel 2009 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan 2008-ci ildə Rusiyaya 335 mln. kVt/saat elektrik enerjisi satıb. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Ötən il Azərbaycanın Rusiyaya satdığı elektrik enerjisinin həcmi 2007-ci il ilə müqayisədə 4,5% çox olub.

Ötən il pik saatlarında Azərbaycan Rusiyadan 111 mln.kVt/saat elektrik enerjisi idxal edib ki, bu da öz növbəsində 2007-ci illə müqayisədə 54% azdır.

E. Pirverdiyev hazırda Azərbaycanın İran və Türkiyəyə də elektrik enerjisi ixrac etdiyini bildirib. «Azərenerji» rəhbərinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası sutkada Türkiyəyə 17-19 MVt enerji ötürür.

Qeyd edək ki, Azərbaycan 2007-ci ildən Rusiyaya elektrik enerjisinin ixracına başlayıb. Bu ölkəyə elektrik enerjisinin 1 kVt/saatı 6,2 sentə satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR