Bank Of Baku

Rusiya, Azərbaycan və İran elektrik şəbəkələrinin sinxronlaşdırılmasının reallaşmamasının səbəbkarı Rusiyadır

Rusiya, Azərbaycan və İran elektrik şəbəkələrinin sinxronlaşdırılmasının reallaşmamasının səbəbkarı Rusiyadır
# 17 aprel 2009 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiya, Azərbaycan və İran elektrik şəbəkələrinin sinxronlaşdırılmasının bu günədək reallaşmaması Rusiyanın layihə çərçivəsində heç bir iş görməməsi ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyevin sözlərinə görə, layihə çərçivəsində Azərbaycan tərəfi «Xaçmaz» yarımstansiyasını işə salıb və lazımi işlər görülüb: «Hazırda Azərbaycanla İran arasında 350 km-lik yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisi başa çatmaq üzrədir. Rusiya ərazisində isə hələ də işlərə başlanmayıb».

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran elektrik şəbəkələrinin sinxronlaşdırılması layihəsinin reallaşması 2012-ci ilə qədər çəkə bilər. Rusiya tərəfi sözügedən layihənin texniki-iqtisadi əsaslandırılmasını 2010-cu ilin sonunadək hazırlayıb başa çatdırmağı planlaşdırdığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR