Bank Of Baku

Füzuli rayonu ərazisində su elektrik stansiyasının tikintisinə bu il başlanacaq

Füzuli rayonu ərazisində su elektrik stansiyasının tikintisinə bu il başlanacaq
# 17 aprel 2009 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Füzuli rayonu ərazisində su elektrik stansiyasının tikintisinə bu il başlanacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

Stansiyanın təməlinin 2008-ci ilin aprel ayında qoyulduğunu deyən E. Pirverdiyev büdcədən maliyyə vəsaitinin ayrılmaması səbəbindən işlərin aparılmadığını bildirib. E. Pirverdiyevin sözlərinə görə, layihənin dəyəri 50 mln. avrodur. Vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunub: «Bu vəsaitin 25 mln. avrosunun bu il, qalanının isə 2010-cu ildə ayrılması planlaşdırılır».

Layihə çərçivəsində Füzuli rayonunda Baş Mil kanalı üzərində bəndin inşası, gücləndirici transformator və 110 kV-luq yüksək gərginlikli paylayıcı qurğulara malik 50 MVt-lıq su elektrik stansiyasının, həmçinin zəruri mühəndis kommunikasiyalarının (magistrala çıxan yollar, drenaj sistemi rabitə və s) tikintisi nəzərdə tutulur. SES binasında hər birinin gücü 10 MVt olan 4 və hər birinin gücü 5 MVt olan 2 turbin yerləşdiriləcək. İstehsal edilən elektrik enerjisini enerji sisteminə ötürmək üçün 2 km-ə yaxın 110 kV-luq elektrik verilişi xətti çəkiləcək. Eyni zamanda «Böyük Haramı» və «Xələc» yarımstansiyalarını birləşdirən 110 kV-luq xəttin yenidən qurulması həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın «Azenko» şirkəti tərəfindən aparılacaq tikintinin 30 aya kimi başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR