Bank Of Baku

Azərbaycan gəmisi Xəzərin Rusiya sektorundakı yataqda kəşfiyyat işləri aparacaq

Azərbaycan gəmisi Xəzərin Rusiya sektorundakı yataqda kəşfiyyat işləri aparacaq
# 18 aprel 2009 08:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının “Zöhrab Vəliyev” mühəndis-geoloji gəmisi Xəzər dənizinin Rusiya sektorunda yerləşən “Rakuşeçnoye” yatağında kəşfiyyat işləri aparacaq. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

“LUKoyl” şirkəti tərəfindən işlənilən struktur sahildən 100 km aralıda yerləşir. Gəmidə ARDNŞ-nin Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin 18 nəfərdən ibarət mütəxəssis heyəti çalışacaq. Gəmi vasitəsilə yataqda kernin götürülməsi ilə 80 metr dərinliyə 4 mühəndis-geoloji quyu qazılacaq. Tədqiqat işləri 1 ay davam edəcək.

Qeyd edək ki, “Rakuşeçnoye” yatağı 1970-ci illərdə azərbaycanlı geoloqlar tərəfindən aşkar edilib. Lakin müvafiq infrastruktur olmadığından indiyədək işlənilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR