Bank Of Baku

Dünya birjalarında neftin qiyməti artır

Dünya birjalarında neftin qiyməti artır
# 18 aprel 2009 08:59 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Dünya birjalarında aprelin 17-də keçirilən ticarət əməliyyatlarının yekunlarına görə neftin qiyməti artır.

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,93 ABŞ dolları və yaxud 1,89% bahalaşaraq 50,18 dollara təklif olunur. Eyni zamanda, London ICE qitələrarası birjasında da “Brend” markalı neftin bir barelinin qiyməti 1,91 dollar artaraq, 53,44 dollar təşkil edib.

Mütəxəssislərin fikrincə, buna səbəb Amerika Birləşmiş Ştatlarının əmək bazarında canlanmanın müşahidə olunmasıdır. ABŞ-da maliyyə böhranı başlanandan dövlətə işsizliklə bağlı müavinət üçün müraciət edənlərin sayı son vaxtlar xeyli azalıb.

Bundan başqa, dünyanın ikinci nəhəng neft istehlakçısı olan Çində sənaye istehsalının həcmi mart ayı üçün 8,3% artıb. Bəzi iqtisadçılar Çin və ABŞ-ın son günlər göstərdiyi nəticələri nəzərə alaraq, böhranın artıq geridə qaldığını demək üçün əsas olduğunu bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR