Bank Of Baku

BP şirkəti neftayırma zavodlarının işini məhdudlaşdırır

BP şirkəti neftayırma zavodlarının işini məhdudlaşdırır
# 20 aprel 2009 11:04 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Qlobal maliyyə-iqtisadi böhran şəraitində yanacağa tələbatın kəskin azalması nəticəsində Böyük Britaniyanın məşhur «British Petroleum» (BP) konserni neftayırma müəssisələrində istehsal həcmlərini məhdudlaşdırıb. «APA-Economics»in məlumatına görə, bunu BP-nin vitse-prezidenti Yen Kon bəyan edib.

BP rəhbərliyinin yeni qərarı şirkətin bütün dünyada işlətdiyi 17 neftayırma müəssisəsi, o cümlədən Rotterdam və Texasda yerləşən zavodlarına aid ola bilər. Y.Konun fikrincə, neftayırmada onun təmsil etdiyi şirkətin mənfəət marjası aprelin ilk həftəsi ərzində 4,6 ABŞ dollarına enib, halbuki bir il əvvəl bu göstərici iki dəfə çox olub. Eyni zamanda, onun sözlərinə görə, mənfəət marjası tələbatın azalması şəraitində BP üçün «sınaq» bir amil sayılır.

Qeyd edək ki, neftayırma zavodlarında məhsul buraxılışının cari rübdən azaldılması qərarı ilə artıq bir neçə nüfuzlu neft şirkəti çıxış edib. Onların sırasında «Shell», «Repsol», «Total» və digərləri var. Beləliklə, Avropa ölkələrində sutkalıq istehsal həcmi 523 min barel olan neftayırma zavodlarının istismardan çıxarılmasını ehtimal etmək olar. Bununla belə, gələn aydan neft şirkətləri məcmu sutkalıq istehsal həcmi 667 min bareldən çox olan zavodların işini dayandıracaq.

Xatırladaq ki, OPEC dünyada «qara qızıla» sutkalıq tələbat proqnozlarını 84,18 mln. barel səviyyəsinə endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR