Bank Of Baku

Kristof Ruel: «Neft bazarı ötən ilki vəziyyətə ən azı üç ildən sonra qayıda bilər»

Kristof Ruel: «Neft bazarı ötən ilki vəziyyətə ən azı üç ildən sonra qayıda bilər»
# 21 aprel 2009 10:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft bazarında sərbəst qalan ehtiyatların cari qiymətlərə təsiri hələ bir neçə il davam edəcək. «APA-Economics»in məlumatına görə, bu fikri BP şirkətinin baş iqtisadçısı Kristof Ruel «Daily Telegraph» qəzetinə verdiyi müsahibəsində bildirib.
K.Ruelin proqnozuna əsasən, eyni zamanda ilin ikinci yarısında maddi ehtiyatların gözlənilən azalması qiymətlərin yüksəlməsinə səbəb ola bilər, lakin qiymətlərin kəskin artması gözlənilmir. «Əgər biz son illərin artım templərinə qayıtsaq belə, bazarın ötən ilki vəziyyətə qayıtması üçün ən azı üç il tələb olunacaq», - deyən K.Ruel vurğulayıb ki, dünyada neftə olan tələbatın son bir ildə müşahidə olunan səviyyəyə qayıtması ehtimalı çox azdır.
K.Ruelin fikrincə, 2009-cu ildə neftin gündəlik sərbəst ehtiyatları 6 mln. barelə çatacaq ki, bu da ötən ilki göstəriciyə nisbətən kəskin artım deməkdik (günə 2,3 mln. barel). Qiymətlərə gəldikdə isə, BP-nin baş iqtisadçı OPEC tərəfindən neft hasilatının azaldılmasına dair razılaşmalara əməl olunacağı və dünya iqtisadiyyatının geriləməsi daha da dərinləşməyəcəyi təqdirdə qiymətlərin 50 dollardan bir qədər yuxarı həddə qalmasını istisna etmir.
«Neft şirkətləri üçün 2009-cu il aydın şəkildə iki yarıya bölünür. Birincisi dəhşətlidir, ikincisi isə çox güman ki, sabitləşdirici olacaq», - deyə K.Ruel vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR