Bank Of Baku

Azərbaycan Sofiyada «Avropa ölkələrinə təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq» mövzusunda keçiriləcək sammitdə iştirak edəcək

Azərbaycan Sofiyada «Avropa ölkələrinə təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq»  mövzusunda keçiriləcək sammitdə iştirak edəcək
# 21 aprel 2009 14:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 24-25-də Sofiya şəhərində (Bolqarıstan) «Avropa ölkələrinə təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq» mövzusunda keçiriləcək sammitdə iştirak edəcək. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sammitdə 9 ölkənin prezidenti və yüksək nümayəndə heyətləri iştirak edəcək. Zirvə görüşündə Avropada enerji təhlükəsizliyi məsələləri geniş müzakirə ediləcək, həmçinin «Nabucco» layihəsinin iştirakçı dövlətləri ilə tranzit ölkələr arasında «Dəhliz Anlaşması»nın imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR