Rusiya Dövlət Dumasının sədr müavini: «Cənub axını» layihəsinin icrası şansı «Nabucco»dan daha yüksəkdir»
V.Yazevin sözlərinə görə, yeni kəmərlər Ukraynanın inhisarçılığını aradan qaldıracaq, eyni zamanda meydana yeni inhisarçı ölkə – Türkiyə gəlir. Belə ki, «Nabucco» məhz Türkiyə ərazisindən keçəcək. V.Yazev onu da bildirib ki, «Nabucco» kəməri olmadığı halda Türkiyə artıq siyasi şərtlərlə (Avropa İttifaqına daxil olmaq) çıxış edir.
Maliyyələşdirmə məsələlərinə gəldikdə isə V.Yazev vurğulayıb ki, «Cənub axını» layihəsini Rusiyanın «Qazprom» və İtaliyanın «Eni» şirkətləri maliyyələşdirəcək: «Artıq hər iki şirkət arasında saziş imzalanıb və maliyyələşdirmənin nə cür aparılacağı müəyyənləşdirilib».
V.Yazevin sözlərinə görə, «Nabucco» kəmərinin inşası üçün 500 mln. ABŞ dolları həcmində vəsaitin ayrılmasına dair söhbət getdiyi halda, «Cənub axını» layihəsinin icrasına Avropa tərəfindən heç bir vəsait ayrılmayacaq.
«Cənub axını» kəməri ildə 45 mlrd. kubmetr qaz ötürmək imkanına malik olacaq və artıq layihənin xammal bazası məsələləri həll olunub. «Nabucco» üzrə isə həll olunmayıb. Həmçinin, «Nabucco» ilkin olaraq 8-10 mlrd. kubmetr qaz ötürmək imkanına malik olacaq, 5 ildən sonra isə 15 mlrd. kubmetr və yalnız uzunmüddətli perspektivdə maksimal ötürmə gücünə - 30 mlrd. kubmetr həddinə çıxacaq», - deyə V.Yazev bildirib.
Bundan başqa, Dövlət Dumasının sədr müavini qeyd edib ki, «Cənub axını» layihəsinin icra olunmaq şansı «Nabucco» ilə müqayisədə daha yüksəkdir. Belə ki, «Nabucco» hələ «Şimal axını»nda olduğu analoji statusu almayıb.
V.Yazevin sözlərinə görə, Xəzəryanı ölkələrdən heç biri Rusiyanın «Qazprom» şirkəti ilə rəqabət apara bilməz: «Türkmənistanın qaz ixracının həcmi 70 mlrd. kubmetr olduğu halda, biz 650 mlrd. kubmetr qaz hasil edirik. Azərbaycanda isə bu göstərici daha azdır – 8-12 mlrd. kubmetr təşkil edir. «Nabucco» layihəsi icra olunsa belə, o, Rusiyanın layihələri ilə rəqabət apara bilməz. Çünki bu layihə sırf siyasi xarakterlidir».
V.Yazev onu da vurğulayıb ki, Azərbaycanın öz qazının Rusiyaya satmaqdan başqa daha əlverişli variantı yoxdur. Belə ki, Azərbaycanın nə alternativ bazarları var, ixrac qazının nəqletmə sistemi isə Rusiyaya istiqamətlənib.
Duma rəsmisi sonda bildirib ki, «Nabucco» layihəsinin mənfi tərəfləri mövcuddur: «Mənfi tərəflər kəmərin xammal bazası ilə təmin olunmaması və bu kəmərin siyasi cəhətdən qeyri-stabil ölkələrdən keçməsi ilə bağlıdır. Buna baxmayaraq, bu layihə həm aprelin 23-də Aşqabadda, həm də aprelin 24-25-də Sofiyada ciddi şəkildə müzakirə olunacaq. Lakin bu görüşlərin heç birində «Nabucco» üzrə konkret qərarın qəbul edilməsini gözləməyə dəyməz».
Sənaye və energetika
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Xəbər Lenti
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Ötən il 764 xarici diplom tanınmayıb
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırılıb
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa əlaqələrinin vəziyyətini nəzərdən keçirib
73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Rubio: Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiq olunmasını istəmir
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü təşkil olunub - FOTO - VİDEO
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
Qırğızıstan və Tacikistan vətəndaşları Heydər Əliyev adına Hərbi İnstitutdan fərqlənmə ilə məzun olublar
Azərbaycanlı kursant İtaliyanın "Şərəf qılıncı" ilə təltif edilib
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında iştirak edib
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell”i istifadəyə verir
İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib - VİDEO
Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
İsraildə qabaqcıl pediatrik reabilitasiya təcrübəsi öyrənilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Xankəndi Tibb Mərkəzi istifadəyə verilib
Rusiya MN müharibə başlayandan Ukraynanın 170 minə yaxın dronunun vurulduğunu bildirib
Peskov Belarusda retranslyatorların söndürülməsindən xəbərdar deyil
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Rusiyanın “VKontakte” tətbiqi App Store-dən silinib, Kreml əhaliyə Androidə keçməyi tövsiyə edib
Venesuelada zəlzələdə 164 nəfər ölüb, 971 yaralı var - VİDEO - YENİLƏNİB-1
Radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Makron: Fransa Siciliya sahillərində Rusiyanın “kölgə donanması”nın tankerini saxlayıb
Azərbaycanla Həştərxan arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Dağıstanda yanacaq satışı məhdudlaşdırılıb
"MUNI EXPO 2026"-da Azərbaycan–İsrail innovasiya əməkdaşlığı müzakirə edilib
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
“Maliyyə icarəsi haqqında” qanun təsdiqlənib, 6 ay sonra qüvvəyə minəcək
İsrail və Livan ABŞ rəsmisinin IDF-in Livanın cənubundan geri çəkildiyi iddiasını təkzib edib - YENİLƏNİB
Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilib